Qəbələdə həyətlərdə toy edənlər cərimələnib

img

24-11-2021 [15:21]


Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Mıxlıqovaq kəndi və Nic qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, yoxlamalar zamanı hər bir mərasimdə 200 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də 28 nəfərin COVID-19 pasportu olmadığı müəyyən olunub.

Aşkarlanan qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Elxan Səmədov və Qriqori Aşuqov inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA