BDU-nun etiraz edən tələbələri bəyanat yaydı-Video

img

24-02-2014 [16:41]


Bu gün Bakı Dövlət Universitetinin (BDU) bur qrup tələbəsi yenidən aksiya keçirməyə cəhd edib.

APA-nın məlumatına görə, tələbələr bir neçə gün əvvəl universitetdə keçirilən aksiyada Nazirlər Kabinetinin qərarına etiraz edən tələbə yoldaşlarının müxtəlif təzyiqlərə məruz qalması, hətta Tələbə Həmkarlar İttifaqının rəhbərliyinin onlara qarşı fiziki güc tətbiq etməsinə etiraz olaraq keçirilib.

Tələbələr hazırladıqları bəyanatı oxuyub, tələblərini səsləndiriblər. Tələblər sırasına sözügedən qərarın ləğv edilməsi, tələbələrə qarşı güc tətbiq edən şəxslərin cəzalandırılması, bu hadisədə iştirakına görə tələbələrə və onların valideynlərinə hər cür təzyiq göstərilməsinə son qoyulması daxildir.

Qeyd edək ki, aksiya insidentsiz keçib, saxlanılan olmayıb. BDU-nun mətbuat xidmətindən APA-ya bildirilib ki, bəyanat və tələblərdən xəbərsizdirlər: "Bəyanatın kim tərəfdən yazıldığı və harada oxunduğu haqqında məlumatımız yoxdur. Çünki universitetin ərazisində heç bir aksiya və insident olmayıb. Əgər bəyanat rəsmi şəkildə universitetə daxil olarsa, məsələyə baxıla bilər”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA