"Azərişıq"dan minaya düşən işçisi haqda - Açıqlama

img

23-11-2021 [12:42]


Noyabrın 21-də, Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşərək xəsarət alan “Azərişıq” ASC əməkdaşı Mahir Əbilovun vəziyyəti stabildir.

Mia.az “Azərişıq”a istinadla bildirir ki, hadisədən dərhal sonar M.Əbilov “Azərişıq” ASC rəhbərliyinin qərarı ilə təcili olaraq Bakı şəhərindəki özəl klinikalardan birinə gətirilib və əməliyyat olununb: “Təəssüf ki, yaralının bir ayağı topuqdan amputasiya edilib”.

Qeyd edək ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb. O, Laçın istiqamətində yüksək gərginlikli xəttin çəkilişi üçün buraya Biləsuvar Elektirik Şəbəkəsindən elektrik kimi ezam olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR