Nazirliyin şöbə müdiri: Əslində, ölkədə antibiotiklərin reseptsiz satışı qadağandır, lakin..."

img

23-11-2021 [12:19]


“Əslində, ölkədə antibiotiklərin reseptsiz satışı qadağandır. Lakin qanunvericilikdə bu sahədə müəyyən boşluqlar olduğundan onların pərakəndə satışına rast gəlinir”.

Bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib.

Nazirlik rəsmisi qeyd edib ki, pandemiya zamanı rast gəlinən çətinliklər bu sahədəki boşluqları bir daha sübut etdi: “Bu səbəbdən qanunvericiliyin düzgün və qaydasında işləməsi üçün lazımi tədbirlər görülməlidir. Nəzarətin gücləndirilməsi də əsas şərtlərdən biridir. Elektron reseptlərin tətbiqi bu işə böyük təkan verə bilər. Mərkəzləşdirilmiş qaydada monitorinq aparılmasa bir günə problemi həll etmək mümkün deyil”.


Digər xəbərlər
SON XƏBƏRLƏR