Universitetin 100-ə yaxın tələbəsi koronavirusa yoluxub

img

23-11-2021 [11:55]


"Sentyabrın 29-dan ənənəvi tədris bərpa olunandan bu günə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100-ə yaxın tələbəsi koronavirusa yoluxub. Lakin aralarında ağırlaşma və ölüm halları qeydə alınmayıb".

Bunu mətbuat katibi Cavid Hüseynov deyib.

Onun sözlərinə görə, indiyə qədər 39 qrup distant təhsilə keçib: "Bir hissəsi artıq karantindən geri qayıdıb. Son 2 gündə daha 6 qrup ənənəvi tədrisə geri qayıdıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR