15 yaşlı qız üstə 4 nəfər bıçaqlaşdı – Zərdabda

img

24-02-2014 [13:02]


Zərdab rayonunda bıçaqlanma hadisəsi baş verib. Kənd sakinlərindən AzNews.az-a verilən məlumata görə, hadisə rayonun Alıcanlı kəndində 15 yaşlı məktəbli qızın üstündə törədilib.

Belə ki, kənd sakinləri Rahim Vəliyev, Fərid Əsədov və adı bəlli olmayan daha iki nəfər arasında mübahisə yaranıb. Əlbəyaxa davada aralarındakı münasibəti çözə bilməyən həmkəndlilər bıçağa əl atıblar.

Rahim Vəliyev üzərindəki bıçaqla həmyerlisi Əsədov Fərid Alim oğluna bir necə zərbə endirib. Bıçaq xəsarəti alan F. Əsədov rayonun Mərkəzi Xəstəxanasına yerləşdirilib. Rayon Polis Şöbəsi isə faktla bağlı açıqlama vermək istəməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA