Məşhur aktyoru koronavirusdan vəfat edib

img

20-11-2021 [12:14]


Rusiyanın məşhur aktyoru Valeri Qarkalın koronavirusdan vəfat edib.

TASS xəbər verir ki, sənətçi oktyabrın əvvəlindən xəstəxanada müalicə alırmış.

Bildirilib ki, vəziyyəti sürətlə pisləşən aktyor noyabrın 7-də süni tənəffüs aparatına qoşulubmuş. Ancaq həkimlərin səylərinə baxmayaraq, sənətçi 67 yaşında xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, V.Qarkalin 1954-cü il aprelin 11-də Moskvada anadan olub. O, ümumilikdə 70-dən çox film və serialda çəkilib. 1995-ci ildə çəkildiyi "Şirli-Mırli" komediya filmində yaratdığı obrazla yadda qalıb. V.Qarkalin həmçinin "Baş müfəttiş", "Fırıldağın əhliləşdirilməsi", "Üç qəpiklik opera" və başqa tamaşalarda rollar ifa edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA