Şəhid Elçin Əliyev Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılıb - FOTOLAR

img

17-11-2021 [21:00]


Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Əliyev Elçin Ramil oğlunun nəşi Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Mia.az xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları ilə yanaşı, onun silahdaşları, Şəhər İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanları əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Elçin Əliyev 2002-ci ildə Şirvan şəhərində anadan olub.

Allah rəhmət eləsin!

***

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Əliyev Elçinin nəşi ailəsinə təhvil verilib.

Məlumata görə, onun nəşi bu gün axşam saatlarında doğulduğu Şirvan şəhərinə gətirilib.

Yaşadığı evdə vida mərasimi keçiriləndən sonra şəhid Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Elçin Əliyev 2002-ci ildə Şirvan şəhərində anadan olub/Report.

Allah rəhmət eləsin!

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA