Deputat dedi, spiker irad tutdu, şöbə müdiri isə deputatlara minnətçi düşdü: "Siz niyə narahatsınız ki?" - MM 500 minlik xidməti maşın alacaq?

img

17-11-2021 [16:50]


“Milli Məclisin avtoparkındakı avtomobilərin yenisi ilə əvəz edilməsi tələb olunur”.

Mia.az xəbər verir ki, bunu Milli Məclisin İşlər müdiri Firudin Hacıyev “Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O, daha sonra deputatlara xahiş edib: "Yeni avtomobillərin alınması ilə bağlı 500 min manat ayrılması üçün sizdən kömək göstərməyinizi xahiş edirəm”.

Maraqlıdır ki, şöbə müdiri deputatlara belə minnətçi düşsə də, spiker bu barədə deputat Tahir Kərimlinin sözlərinə qəribə reaksiya verib.

Belə ki, deputat Tahir Kərimli parlamentdə maşına ehtiyacı olan rəhbər şəxslərin olduğunu deyib:

"Mən deputatları demirəm. Milli Məclisin işçiləri üçün yaşayış binasının tikilməsini təklif edirəm. Bu yaxınlarda bir nəfər rəhbər şəxsin təsadüfən maşınında oldum. Mənim partiya sədri kimi 14 illik maşınım onun maşınından yaxşıdır. Bu dövlətin ali qurumudur. Bura yaxşı maşınlar verilsin, bina tikilsin. Bizim rəhbərliyimiz həyalıdıır deyə belə münasibət göstərmək olmaz".

Spiker həmkarının çıxışına sərt irad bildirib. "Milli Məclis rəhbərliyinin heç bir narazılığı yoxdur. Siz niyə narahatsınız ki?! Hər şey öz yerində olacaq. Keçən il müharibə ili oldu. Bu il Zəfər ilidir. Tahir müəllimin söhbəti yiyəsi olmayan məsələyə gedib çıxdı. Ona görə də mən əsəbləşdim. Məcburi köçkünləri Qarabağa yerləşdirəndən sonra danışarıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR