RƏSMİ MOSKVADAN SƏRHƏDDƏKİ GƏRGİNLİYƏ DAHA BİR REAKSİYA: “Rusiya vasitəçilik səylərini davam etdirəcək və..." - 3 ölkə lideri görüşəcək?

img

17-11-2021 [14:02]


"Rusiya Azərbaycanla Ermənistan arasındakı sərhəddəki mövcud vəziyyətlə bağlı tərəfləri təmkinli olmağa çağırır və üçtərəfli razılaşmaların icrasına tərəfdardır".

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Döyüşlərin yenidən başlaması ciddi narahatlıq doğursa da, Rusiyanın vasitəçiliyi sayəsində bunu dayandırmaq mümkün oldu. Rəsmi Moskva vasitəçilik səylərini davam etdirəcək. Məsələnin həlli yalnız Qarabağla bağlı ümumi razılaşmaları yerinə yetirməklə mümkündür”, – o deyib.

Kreml rəsmisi Rusiya, Azərbaycan, Ermənistan liderləri arasındakı görüşün zəruri olduğunu, amma bunun üçün bütün tərəflərin razılıq verməsinin vacibliyini söyləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA