Səməd Qurbanov: “Rusiyanın biznes nümayəndələri Azərbaycanın təklif etdiyi layihələrə diqqət yetirməlidir"

img

17-11-2021 [12:53]


“Rusiyanın biznes nümayəndələri Azərbaycanın təklif etdiyi layihələrə diqqət yetirməlidir. Bura həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr də daxildir”.

Bunu Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov Rusiya şirkətlərinin şəhər infrastrukturunun inkişafı sahəsində "Ağıllı şəhər" biznes-missiyası çərçivəsində keçirilən tədbirdə deyib.O, Rusiya şirkətlərinin Bakıya ilk missiyası zamanı bir sıra yeni qərarlar qəbul edilərək, layihələr razılaşdırıldığını deyib: "Məsələn, bu razılaşmalar əsasında “Azərbaycan Dəmir Yolları” QSC 100 vaqon alıb".

***

"Yaxın zamanlarda Azərbaycandan Rusiyaya sınaq qatarını işə salmaq planlaşdırılır".

Bunu "RDY Logistika"nın baş direktoru Dmitri Murev Rusiya şirkətlərinin şəhər infrastrukturunun inkişafı sahəsində "Ağıllı şəhər" biznes-missiyası çərçivəsində keçirilən tədbirdə deyib.

Qatar vasitəsilə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları daşınacaq.

Rusiyada qatar yenidən yüklənəcək və geri yola salınacaq.

O bildirib ki, bu, Azərbaycan və Rusiya arasıdna iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində daha bir addımdır/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR