Deputat Vahid Əhmədov: "Şəhid ailələri və qazilərin ciddi problemləri var”

img

17-11-2021 [12:10]


“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsində 500 milyon manata yaxın artıq vəsait qalıb”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında – “DSMF-nin 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsində deyib.

“Biz qanunvericilikdə pensiya yaşı və iş stağı ilə bağlı dəyişikliklər etdik, onun sayəsində DSMF-də pul yığıldı. Həmin pulu xərcləmək lazımdır. Şəhid ailələri və qazilərin ciddi problemləri var”, - o bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR