Dünən şəhid olan hərbçilərimiz... - FOTOLAR

img

17-11-2021 [12:01]


Xəbər verdiyimiz kimi noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə şəhidlərimizin fotoları yayılmağa başlayıb. 

Onlardan biri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğludur. N.Əliyev əslən Gəncədəndir, hərbçimizin azyaşlı qızı bizə əmanət qalıb. 

Qeyd edək ki, döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz isə yaralanıb. Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib: 


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA