Yevlaxda yetkinlik yaşına çatmayan qızı qaçıran şəxs həbs olunub

img

17-11-2021 [11:08]


Yevlax rayonunda yetkinlik yaşına çatmayan qızı qaçıran şəxs həbs olunub.

Hadisə noyabrın 12-də rayonun Meyvəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini E.Allahverdiyev 2004-cü il təvəllüdlü M.Ə-ni (ad, soyadı şərti) evlənmək məqsədi ilə Oğuz rayonu ərazisinə qaçırıb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.3-cü (Adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Daha sonra E.Allahverdiyev saxlanılıb, məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib/Reprt.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR