Nərimanovda ağacları kim kəsib?

img

16-11-2021 [15:15]


Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 6/26 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ağacların vətəndaş Səbri Qədirov tərəfindən kəsildiyi və təbiətə 2 200 manat məbləğində ziyan dəydiyi məlum olub:

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Nərimanov Rayon Prokurorluğuna göndərilib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR