Partiya sədri toya hazırlaşır

img

16-11-2021 [14:42]


Ağ Partiya başqanı Tural Abbaslı dekabr ayında evlənəcək.

Bu barədə məlumatı Tural Abbaslının özü verib.

Onun sözlərinə görə pandemiya ilə bağlı əngəllər olmasa, növbəti ayda toy etməyi düşünür.

“Qismət olsa, dekabr ayında evlənirəm. Dünya dağılmasa, yeni virus ortaya çıxmasa, Marsla dünya toqquşmasa toyumuzu edəcəyik”, - deyə Tural Abbaslı əlavə edib.

Qeyd edək ki, ötən ilin mayında nişanlanan Tural Abbaslı Müsavat Partiyasının üzvü, sabiq deputat İkram İsrafilin qızı Nərmin İsrafil ilə ailə həyatı quracaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA