Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə işçi qrupunun iclası keçirilib

img

15-11-2021 [18:05]


Bu gün Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə işçi qrupunun iclası keçirilib

DİM-dən Mia.az-a verilən məlumata görə, gündəlik məsələ 2023-cü ildə keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının və imtahan modelinin müzakirəsi olub.

Müzakirələr zamanı respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan 5-11-ci sinif İnformatika dərsliklərinə baxılıb.

İclasda imtahanda mənimsənilmə səviyyəsi və qiymətləndirilməsi mümkün olan alt standartlar seçilib. Seçilmiş alt standartların tələblərinin reallaşdırılmasına dair mövzular dəqiqləşdirilib. İmtahana hazırlaşanlara kömək məqsədi ilə İnformatika fənnindən vəsaitin hazırlanması qərara alınıb.

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələlər ilə bağlı fikir bildirilib və təkliflər verilib.

22 noyabr 2021-ci il tarixində müzakirələr davam etdiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA