Arif Babayevin oğlu: "Atamın hazırda ev şəraitində müalicəsi davam etdirilir"

img

15-11-2021 [16:04]


Xalq artisti Arif Babayev müalicəsini evə şəraitində davam etdirir.

Mia.az xəbər verir ki, vunu Report-a Xalq artistinin oğlu Yaşar Babayev bildirib.

Onun sözlərinə görə, atasının səhhəti yaxşıdır: "Hazırda ev şəraitində müalicəsi davam etdirilir. Özünü yaxşı hiss edir. Hər şey qaydasındadır".

Y.Babayev bildirib ki, Xalq artisti koronavirusdan qorunmaq üçün pandemiya qaydalarına riayət edir: "Qaydalara əməl etməklə, bəzən açıq havaya da çıxır, gəzir".

Qeyd edək ki, 83 yaşlı Xalq artisti Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə əlaqədar müalicə alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR