"Bakcell"dən Cıdır Düzü və Füzuli Beynəlxalq Hava Limanından maraqlı çəkiliş... - VİDEO

img

15-11-2021 [13:03]


Bir qədər əvvəl sosial şəbəkələrdə və xəbər portallarında Şuşanın Cıdır Düzündə və Füzuli Beynəlxalq Hava Limanında aparılan çəkilişlərdən maraqlı fotolar yayılmıb.

Mia.az-ın məlumatına görə, məlum olub ki, həmin çəkilişlər Bakcell şirkətinin yeni reklam çarxına aiddir. Şirkətdən bildirilib ki, reklam çarxı Bakcell şəbəkəsinin üstünlüyünə həsr edilib.

Azərbaycanın ən sürətli mobil şəbəkəsi artıq işğaldan azad olunmuş torpaqlarımızda da xidmət göstərir. Bakcell Qarabağda şəbəkənin əhatə dairəsinin genişləndirilməsi və yüksək keyfiyyətli xidmətlərin təmin edilməsinə yönəlmiş genişmiqyaslı işlərini davam etdirəcək.

Bu il "Bakcell" şəbəkəsini növbəti dəfə Ookla® "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görüb. Bu gün şəbəkə 8 700-dən çox baza stansiya sayəsində Azərbaycan əhalisinin 99,9%-ni, ölkə ərazisinin isə 92,4%-ni əhatə edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR