Sankt-Peterburqda azərbaycanlıların bazarında kütləvi dava: 22 məfər saxlanılıb

img

15-11-2021 [11:23]


Sankt-Peterburqun Frunze rayonunda miqrantlarla ruslar arasında kütləvi dava baş verib.

Bu barədə “İnterfaks” məlumat yayıb.

Məlumata görə, Sofiyski meyvə-tərəvəz bazasında tərəflər arasında başlayan mübahisə kütləvi davaya çevrilib.

Hadisə yerinə gələn polis 22 nəfəri saxlayıb.

Saxlanılanlardan 7 Özbəkistan vətəndaşına qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin 18.8.3 (Xarici vətəndaş tərəfindən Rusiya Federasiyasına giriş qaydalarının və ya federal əhəmiyyətli şəhərdə Rusiya Federasiyasında qalma rejiminin pozulması) və 20.25.3 (xarici vətəndaşın Rusiya Federasiyasından inzibati qaydada çıxarılmasından yayınması) və 6.1.1 (Xəsarət yetirmə) maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, Sofiyski meyvə-tərəvəz bazası əsasən azərbaycanlıların nəzarətindədir/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:01 17.01.2022

Azərbaycan millisi uduzub