Şəhidin 10-cu sinif şagirdi olan bacısı dəm qazından zəhərlənərək ölüb

img

13-11-2021 [19:00]


Vətən müharibəsi şəhidi Rəşad Ağayevin ailəsinə daha bir ağır itki üz verib.

Mia.az “Qafqazinfo”ya istinadla bildirir ki, şəhidin bacısı 2006-cı il təvəllüdlü Tamilla Ağazadə ötən gün hamamda dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Bildirilir ki, şəhid bacısı rayonun 283 nömrəli məktəbin 10-cu sinif şagirdi olub.

Faktı Binəqədi rayon İcra Hakimiyyətindən saytımıza təsdiqləyiblər.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü R. Ağayev 2020-ci ilin oktyabrın 2-də Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR