Deputatın bacısı oğluna 15 sutka verildi - Qalmaqal

img

13-11-2021 [18:16]


Şirvandan deputatı İltizam Yusifovun bacısı oğlu Cəfərov Şəhriyar Cəfər oğlu polisi təhqir etdiyi üçün inzibati qaydada Şirvan şəhər məhkəməsi tərəfindən 15 günlük həbs edilib.

Mia.az xəbər verir ki, bu barədə TİA.Az-ın verdiyi məlumata görə, hadisə noyabrın 9-da baş verib.

Belə ki, onun tanışı içkili vəziyyətdə DYP əməkdaşları tərəfindən saxlanılıb.

Həmin şəxs Şəhriyar Cəfərova zəng edərək onu əraziyə çağırıb. Deputatın bacısı oğlu hadisə yerinə gəldikdən sona Şirvan DYP əməkdaşları ilə mübahisə edib və polisi təhqir edib.

Məlumata görə DYP əməkdaşları əlavə polis qüvvələrinin köməyi ilə hər iki şəxsi polis şöbəsinə aparıblar, oradan isə məhkəmə qarşısına çıxarılıblar.

Məhkəmə deputatın bacısı oğlu Şəhriyar Cəfərova 15 gün inzibati həbs cəzası verib, digər şəxs isə cərimə edilərək sərbəst buraxılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR