Sabirabad sakini özünü yandırıb

img

13-11-2021 [13:31]


Sabirabad sakini özünü yandırıb.

Hadisə rayonun Yolçubəyli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1973-cü il təvəllüdlü Eldarov Elsər Eldar oğlu həyətdəki hamama gedərək üzərinə benzin tökərək özünü yandırıb.

Bundan xəbər tutan yaxınları son anda onu xilas edə bilib. Yanıq xəsarətləri alan E. Eldarov təcili yardım maşını ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Xəstənin koma vəziyyətində olduğu bildirilir.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR