Deputat: “Həssas sosial qrupdan olan tələbələrin ehtiyacları dövlət hesabına qarşılanmalıdır”

img

12-11-2021 [13:12]


“İlk dəfədir ki, büdcə xərcləri 30 milyard manata yaxın nəzərdə tutulur və bunun da 46,4 faizi sosial yönümlü xərclərdir”.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

O bildirib ki, pandemiya ilə yanaşı Vətən müharibəsində aparılan mübarizəni də nəzərə alsaq, bu uğurlu büdcədir: “Bu gün azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə dövlət büdcəsindən kifayət qədər vəsaitin ayrılması nəzrdə tutulur. Bu baxımdan büdcə zərfini çox yüksək qiymətləndiririk”.

Komitə sədri təhsilə bağlı xərclərdən də danışıb.

B.Əliyev qeyd edib ki, təhsillə bağlı böyük işlər görülür: “Dövlət hesabına tələbə qəbulunun sayı xeyli artıb və bu da əhalinin ali təhsilə əlçatanlığını təmin etmək istiqamətində çox mühüm addımdır. Tələbə kreditləri ilə bağlı vəsaitin həcminin 102 milyon manata çatdırılması təhsilə göstərilən qayğının nümunəsidir. Həmçinin təklif edirik ki, təhsil krediti ilə yanaşı, həm də həssas sosial qrupdan olan tələbələrin təhsillə bağlı ehtiyaclarının da qarşılanması nəzərə alınsın”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR