İdarə rəhbəri: "Bakı məktəblərində yoluxma ilə bağlı vəziyyət sabitdir" - Müəllimlərə 3-cü doza peyvənd vurulur

img

12-11-2021 [12:51]


"Bakı məktəblərində koronavirusa yoluxma ilə bağlı vəziyyət demək olar sabitdir".

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təxminən, 10-a yaxın məktəb distant təhsilə keçir və yenidən ənənəvi tədrisə qayıdır: "Hazırda vəziyyət nəzarət altındadır və mövcud durum lokal olaraq tənzimlənir".

M.Vəliyeva deyib ki, təhsil işçilərinə koronavirus əleyhinə üçüncü doza (buster) vaksinin vurulmasına başlanılıb. 

Onun sözlərinə görə, hazırda buster doza vurduran təhsil işçilərinin dəqiq sayı olmasa da, onlar bu prosesdə fəal iştirak edirlər: "İnanıram ki, bu çətin şəraitdən keçib pandemiyaya qalib gələ biləcəyik".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub