Deputat: “Azərbaycanda satılan dərmanların keyfiyyəti narahatlıq doğurur”

img

12-11-2021 [12:18]


“Bu gün Azərbaycanda satılan dərmanların keyfiyyəti narahatlıq doğurur”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təsil, Ailə, qadın və uşaq məsələri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.

“Bundan başqa, dərmanların qiymətləri bir sıra ölkələrlə müqayisədə yüksəkdir. Onkoloji xəstəliklərin müalicəsi üçün Azərbaycana ən müasir aparatlar gətirilib, ancaq dərmanlarla bağlı ölkədə problemlər var. Dərman olmadan onkoloji xəstələri müalicə etmək çətindir. Ola bilər ki, kimlərsə o dərmanları gətirir, amma bunu görmürük”, - deyə o, qeyd edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA