"Nəyə görə icra edilməyib?" - Nazirdən "Hərbçilərin statusu haqqında" qanunun haqda açıqlama

img

11-11-2021 [13:25]


“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, biz həmin qanunun maliyyə tələblərini və təminatını dəqiqliklə qiymətləndirməliyik”.

Bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Əfsuslar olsun ki, 1992-ci ildə qəbul edilmiş qanun icra edilməmişdi. Nəyə görə icra edilməyib? Çünki onun maliyyə təminatı olmayıb”, - nazir vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR