Misir Mərdanovun qardaşı vəzifədən çıxarılıb - "Azərişıq" rəhbəri sabiq nazirin qardaşının yerinə kimi təyin edib?

img

11-11-2021 [12:27]


Şabran Rayon Polis İdarəsinin keçmiş rəisi Əli Mərdanov "Azərişıq” ASC-dəki vəzifəsindən də ayırılıb.

Mia.az Qaynarinfo-ya istinadla bildirir ki, Əli Mərdanov "Azərişıq” ASC-nin Qusar Elektrik Şəbəkəsinin rəisi vəzifəsindən azad edilib. Onun yerinə daha əvvəl də bu vəzifədə işləmiş Rəhman Səmədov təyin olunub.

Qeyd edək ki, sabiq Təhsil naziri Misir Mərdanovun qardaşı Əli Mərdanov 2019-cu ilin fevralında Şabran Rayon Polis İdarəsindən azad edilərək, təqaüdə göndərilmişdi. Elə həmin il "Azərişıq” ASC-nin Qusar Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə təyin olunmuşdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR