Azərbaycanda sabiq rektorun evini yandırdılar

img

20-02-2014 [13:28]


Bu gün səhər saat 09.30 radələrində bir qrup şəxs Müəllimlər İnstitutunun Qazax rayon filialının sabiq rektoru İsa Veyisovun Qazax rayonu Daş Salahlı kəndindəki evini yandırıblar. Kənd sakinlərinin Modern.az-a verdikləri məlumata görə hadisə yerinə yanğınsöndürənlər cəlb olunsa da, yanğını söndürmək mümkün olmayıb.

İkimərtəbəli evin demək olar ki, hər yeri yanıb. Sakinlərin dediyinə görə, keçmiş rektorun evini bir qrup Biləsuvar rayon sakini yandırıb. Səbəb kimi isə həmin insanlara İsa Veyisov rektor olduğu zaman saxta diplom verilməsidir.

Qeyd edək ki, bundan öncə də İ.Veyisovun mənzilinə bir neçə dəfə müxtəlif rayonlardan gələn insanlar hücum edib, mənzili yandırmağa cəhd göstəriblər. Onu da bildirək ki, bu günkü yanğın zamanı evdə heç kəs olmayıb. Sakinlər bildirirlər ki, saxta diplomlar verdiyi insanların basqısından qorunmaq üçün İ.Veyisov bir neçə gün öncə Bakıya gəlib, paytaxtdakı mənzilindədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA