İSBAM böyük Zəfərlə bağlı Türkiyədə silsilə sərgilər təşkil edib
04-11-2021 [20:26]
Azərbaycan xalqının tarixi böyük Qələbəsinin birinci ildönümünə, 8 Noyabr – Zəfər Gününə həsr olunmuş mərasim və tədbir qardaş Türkiyədə davam etməkdədir.
Mia.az xəbər verir ki, belə silsilə tədbirlər Azərbaycanda fəaliyyət göstərən İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) tərəfindən də təşkil olunub.
Türkiyə Çorum vilayətinin Sunqurlu və Osmancıq rayonlarında, eləcə də Qars şəhərində keçirilən 44 günlük Vətən müharibəsinin şəhid hərbçilərinin fotolarından ibarət sərgi yerli ictimaiyyət tərəfindən böyük ehtiramla qarşılanıb. Sərgiləri ziyarət edənlər canları və qanları bahasına torpaqlarımızı işğaldan azad edən qəhrəmanlarımızın xatirələrini ehtiramla yad ediblər.
Açılışlarda Osmancıqda rayonun icra başçısı Ayhan Akray və bələdiyyə başçısı Ahmet Gelgör, Sunqurlunun icra başçısı Fatih Görmüş, Sunqurlu bələdiyyə başçısının vəkili Bahri Sezen və çox saylı ictimaiyyət nümayəndələri, siyasi partiya rəhbərləri tədbirdə iştirak ediblər. Daha sonra Çorum şəhərində şəhid qəhrəmanlarımızın xatirəsini anmaq üçün şəhərin Hürriyyət meydanında 2 gün davam edən rəsm sərgisinin açılışı olub.
Tədbirdə Çorum bələdiyyə başqanı Halil İbrahim Aşgın, ictimai təşkilatların rəhbərləri, bələdiyyə məclis üzvləri, qazilər və şəhid ailələri iştirak ediblər. Hər 3 şəhərdə keçirilən sərginin açılışında İSBAM sədri Samir Adıgözəlli çıxış edərək 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin böyük siyasi və mənəvi dəstəyini vurğulayıb, bu müharibənin, eyni zamanda, "Bir millət iki dövlət" anlayışının əsl təsbiti olduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyev, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı böyük Zəfərin dünya hərb tarixinə qızıl hərflərlə həkk olduğunu ifadə edib.
Azərbaycan heyəti Türkiyədə keçirdiyi proqramın son 2 gününü Qars şəhərində təşkil edib.
Qars KARPAT Mədəniyyət Evində və şəhərin Valilik parkında təşkil olunan tədbirdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri və sakinlər Azərbaycan şəhid hərbçilərinin fotolarından ibarət sərgiyə baxıblar.
Qars Valilik parkında baş tutan sərginin açılışında Qars müftisi Yusuf Eviş şəhidlərimizin ruhun dualar oxuyub.
Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev və İSBAM sədri Samir Adıgözəlli çıxışlarında Azərbaycanın Qarabağdakı böyük Zəfərindən və Türkiyənin göstərmiş olduğu qardaş dəstəyindən geniş bəhs ediblər.
Çempionlar Liqası: "Qalatasaray" darmadağın oldu (Yenilənib)
Tramp: "Bu məsələdə Böyük Britaniya ilə razı deyiləm"
Rusiyanın şərqində güclü zəlzələ oldu - 7,8 bal gücündə
Ali Koç TFF-də: "Bura kəllə almağa gəlmədim"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mourinyo "Benfika" ilə anlaşdı, "Qarabağ"la oyundan söz açdı: ""Fənərbağça"ya getməyim xəta idi"
Ceyhun Bayramov Aİ komissarı ilə görüşdü - XİN-dən açıqlama
Hekayəti-Müsibəti-Santuş: gizli anlaşmalar və ya "istefa" sualına kimlər niyə mane olurdu? - VİDEO
YSK toplanır: CHP-nin qurultayı ilə bağlı hansı qərar veriləcək?
Tramp Londonda: "Çox sadə şəkildə deyirəm: neftin qiyməti düşərsə..." - "Putini Alyaskaya dəvətdən peşman deyiləm"
Azərbaycanlı professorun ölkədən çıxışına "stop" qoyuldu
Bakıda onlayn qumar təşkil edənlər saxlanıldı - VİDEO
UNEC-də dərslər onlayn formata keçirilib
Sabah Bakının bu qəsəbəsində qaz olmayacaq
Vüqar Rəhimzadə: ""Əsrin müqaviləsi” iqtisadi inkişafın təməl prinsiplərini müəyyən etdi"
Türkiyə MN: "S-400-lər bizimdir, iddialar əsassızdır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Oleq Bakinskiyə "yox" deyildi
Xalq artisti Sərdar Fərəcov evə buraxılıb
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
PREZİDENT ONU TƏLTİF ETDİ - FOTO
İngilislər Arda Gülər üçşün 150 milyon təklif edib? - İspaniya mediasından şok iddia
"Bunu qəbul edən həmin kütlə mənə lazım deyil"
Rektor generalın həyat yoldaşını yeni vəzifəyə təyin edib - FOTO
Beyləqanda ər arvadını bıçaqlayıb
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
Ukrayna ilə Böyük Britaniya ilə "100 illik tərəfdaşlıq” sazişi qüvvəyə mindi: "Bu, bizim ittifaq gücümüzü ikiqat artırır”
Türkiyə Liviya vətəndaşları üçün vizanı sadələşdirib
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
Əli Əsədov Qırğızıstan prezidenti ilə görüşdə iştirak edib
Qəzzada daha 79 nəfər ölüb - 288 nəfər isə yaralanıb
Zaur Axundov "Silk Vey Vest"dən nə qədər qazanır? - Hesabat
16 yaşlı Ceyhun Nəcəfova hökm oxundu - Sinif yoldaşını öldürüb!
Onlar bu komitə yanında İctimai Şura üzvü seçildilər - SİYAHI
Zakir Həsənov Çinə gedib
AFFA bəzi klubları və futbolçuları cəzalandırıb
Sabah yağış yağacaq - Proqnoz