"Azercell" Müştəri Xidmətləri artıq "Instagram"ın şəxsi mesaj bölümündə

img

04-11-2021 [18:09]


Müştərilərini hər zaman diqqət mərkəzində saxlayan “Azercell Telekom” MMC rəqəmsal kanallar vasitəsilə göstərdiyi xidmətlərin çeşidini genişləndirir. Abunəçilərinin müraciətlərini daha da operativ şəkildə cavablandırmağı hədəfləyən "Azercell" artıq Instagram sosial şəbəkəsinin şəxsi mesajlaşma bölməsi vasitəsilə də müştərilərinə xidmət göstərir. Qeyd edək ki, şirkət iki il öncə "Facebook" platformasında da bu funksiyanı işə salıb.

Statistika sübut edir ki, sosial şəbəkələr "Azercell" müştəri xidmətlərinin mühüm tərkib hissəsinə çevrilməkdədir. Bu ilin əvvəlindən indiyədək təkcə "Facebook"da "Azercell" təmsilçiləri 213 mindən çox abunəçinin müraciətini cavablandırıblar. "Instagram"da isə bu rəqəm 70 minə yaxınlaşır. Digər populyar şəbəkə - "Twitter"də bu il ərzində şirkətin müştəri xidmətlərinə sorğu göndərənlərin sayı 3 500-ə yaxındır. "Azercell"in nümayəndələri şirkətin rəsmi "YouTube" kanalında da 300-ə yaxın müraciəti qəbul ediblər. "Linkedin" üzərindən isə bu müddət ərzində 126 "Azercell" abunəçisinin sorğusu daxil olub.

"Azercell"in "Facebook", "Instagram", "Twitter", "Linkedin" və "YouTube" rəsmi səhifələri daxil olmaqla sosial şəbəkələrdə toplam 784 678 istifadəçisi var. Xatırladaq ki, məhz "Azercell" 2012-ci ildə "Twitter" platformasının, 2013-cü ildə "Facebook" sosial şəbəkəsinin təsdiqlənmiş (verified) statusunu qazanan ilk mobil operator olub. Fəaliyyətini uğurla davam etdirən lider mobil operator 2019-cu ildə Instagram-ın bütün verifikasiya meyarlarına cavab verərək səhifənin təsdiq nişanını alıb.

Bu səhfələrdən istifadə edən "Azercell" abunəçilərinə 24/7 rejimində yüksək keyfiyyətli xidmət təqdim olunur. Eyni zamanda, sosial şəbəkə hesablarında "Azercell"in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərlər paylaşılır.

"Azercell"də baş verən ən son yenilikləri qaçırmamaq üçün bizi sosial şəbəkələr üzərindən izləməyi unutmayın!

Facebook: https://www.facebook.com/azercell

Instagram: https://www.instagram.com/azercell/

Twitter: https://twitter.com/Azercell

Linkedin: https://www.linkedin.com/company/azercell/mycompany/

YouTube: https://www.youtube.com/c/AzercellYouTube

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi "Azercell"i seçir. Bazar payı 49 %, ölkə ərazisi üzrə əhatə dairəsi: 94,25 %, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,73 % təşkil edir. "Azercell" ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq "Qızıl Stevie" mükafatı alan ölkənin yeganə şirkətidir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, "Azercell Ekspres" ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, "Azercell"in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR