Salyanda azyaşlının ərə verilməsi... - DİN-dən reaksiya

img

01-11-2021 [18:30]


Azyaşlının nikaha sövq edilməsi ilə bağlı iddialar Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.

Mia.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, Salyan RPŞ tərəfindən bütün tədbirlər icra olunur, müvafiq dövlət qurumları məlumatlandırılıb: "Valideynlər şöbəyə dəvət olunaraq qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Qanunvericiliyə uyğun olaraq azyaşlının təhsilini davam etdirməsi təmin olunub. Dərs davamiyyətinə mütəmadi nəzarət olunacaqdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR