"O PULUN HAMISINI REKTORA VERDİM..." - Sabiq şöbə müdiri şahidin ifadəsinə belə cavab verdi
01-11-2021 [15:58]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində İsmət Nəzərov ifadə verib.
O bildirib ki, oğlu BSU-da ikinci təhsil alıb: “Buna görə üç il ərzində universitet məndən 5 min manat pul istədi. Sonradan isə həmin məbləğ 4 min manata endirildi. Ödəniş üçün Dürdanə Əliyeva ilə görüşdüm. Mənə dedi ki, 4 min manatı ona verməliyəm. Eyni zamanda, o, qızımın universitetdəki qayıblarına da kömək edəcəyinə söz verdi. Qızım hazırda universitetin üçüncü kursunda oxuyur, ora 1 100 manat borcu var”.
Şahidin ifadəsinə münasibət bildirən D.Əliyeva qeyd edib ki, aldığı 4 min manat pulun hamısını universitetin sabiq rektoru Nurlana Əliyevaya verib.
Daha sonra digər şahid Mehman Nəcəfov dindirilib. O, təqsirləndirilən şəxsə təhsil ödənişi üçün 1 000 manat pul verdiyini söyləyib: "Təhsil ödənişi üçün ümumilikdə 2 min 200 manat pul ödəməli idim. Dürdanə Əliyeva mənə bildirdi ki, ilkin ödəniş kimi 1 000 manat pulu ona verməliyəm. Həmin 1 000 manatı ona verdim, digər 1 200 manatı isə ödəmə terminalı ilə ödədim. Sonradan məlum oldu ki, nə 1 000 manat, nə də ödəmə terminalı ilə ödədiyim pul universitetin kassasına daxil olub”.
Şahid Ülviyyə İsmayılova dindirilən zaman deyib ki, 2020-ci ildə BSU-da ikinci təhsil almaq üçün D.Əliyevaya 2 min manat pul verib: "Dürdanə Əliyeva mənə bildirdi ki, təhsil 3 il olacaq, ödənişi isə illik 2 min manatdır. Həmin pulu ona ödəməyimi istədi. Mən də pulu ödədim. Dekabr ayında universitetdən mənə zəng edib ödəniş haqqını ödəməyimi söylədilər. Hələ də universitetə ödəniş etməmişəm, borcum var”.
Şahid məhkəmədən heç bir tələbinin olmadığını bildirib.
Proses noyabrın 15-də davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb.
D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"