Azərbaycanın təhsil naziri Türkiyəyə gedib

img

01-11-2021 [14:55]


Azərbaycanın təhsil naziri Emin Əmrullayev Türkiyədə səfərdədir.

Bu barədə nazir "facebook" hesabında məlumat yayıb.

"Noyabrın 1-də Təhsil Nazirliyinin nümayəndə heyəti ilə birlikdə qardaş ölkəyə səfər çərçivəsində Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özerlə görüşdük. Görüş zamanı iki ölkə arasında ümumi təhsil və peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyəti və əlaqələrin gələcək perspektivləri müzakirə olundu. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un icrasından irəli gələn məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparıldı", - E.Əmrullayev qeyd edib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR