ƏSA Teatrı Rusiyanın “İsti ürək” mükafatına layiq görülüb - FOTOLAR

img

01-11-2021 [11:49]


Rusiya Federasıyasının Sosial-Mədəni Təşəbbüslər Fondu tərəfindən ölkəmizin ilk inklüziv teatrı olan ƏSA Teatrı “İsti Ürək” beynəlxalq mükafatına layiq görülüb.

Teatrdan Mia.az-a bildirilib ki, fondun təsis etdiyi mükafat hər il sosial və mədəni sahədə fəaliyyəti ilə seçilən şəxslərə və qurumlara verilir. Azərbaycan ilk dəfədir ki, mükafatlandırılan ölkələr arasındadır.

Mükafatlandırılma mərasimi ənənəvi olaraq Moskvada – Qələbə Memorial kompleksində təntənəli şəkildə baş tutur. Pandemiya səbəbindən ƏSA Teatrı mükafatlandırılma mərasimində iştirak edə bilməsə də, ötən gün mükafat Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin direktoru İrek Zinnurov tərəfindən təqdim olunub. 

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR