Bu sahələr üzrə də dövlət rüsumu qaldırılır

img

01-11-2021 [11:40]


Azərbaycanda müqavilə üzrə əmlakın ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçməsinə görə dövlət rüsumu 20 manatdan 25 manata qaldırılır.

Bu, “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklərdə əksini tapıb.

Bundan başqa, müvafiq qanun layihəsinə əsasən, dəyəri 2 000 manatdan 5 000 manat qədər olan kredit müqavilələrinin təminatı kimi girov müqaviləsinin bağlanılmasına görə dövlət rüsumu, qanunla müəyyən edilən bütün növbəli vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu və icra qeydlərinin aparılması üçün dövlət rüsumu da 20 manatdan 25 manata qaldırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR