Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə kütləvi dava olub

img

01-11-2021 [10:15]


Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracala kəndində ötən gecə kütləvi dava olub.

Məlumata görə, nəticədə 3 nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Gürcüstanın Daxili İşlər Nazirliyindən insidentlə bağlı bildirilib ki, polis əməkdaşları 15-ə yaxın şəxsin iştirak etdiyi qarşıdurmada tərəfləri asayişi qorumağa çağırsalar da və vəziyyəti sakitləşdirməyə çalışsalar da, tərəflər polisin qanuni çağırışlarına tabe olmayıb, bir-biri ilə fiziki qarşıdurmanı davam etdiriblər.

Əraziyə əlavə polis qüvvələri çağırılıb. Mübahisə tərəflərindən biri polisə qarşı aqressiv olub, hüquq-mühafizə orqanlarının əməkdaşları təhqir olunub və fiziki təzyiq göstərilib. Polis əməkdaşları arasında xəsarət alanlar olub.

Qeyd olunub ki, həm münaqişə tərəflərinin, həm də polis əməkdaşlarına müqavimət göstərən şəxslərin müəyyən edilməsi istiqamətində müvafiq istintaq və prosessual hərəkətlər davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin zorakılıq, polis əməkdaşlarına təcavüz və tabe olmama maddələri üzrə istintaq aparılır.

Kütləvi davanın səbəbi bilinmir. İnsident zamanı xəsarət alan 3 nəfərin həyatlarının təhlükədə olmadığı bildirilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR