Direktor, müəllim və şagirdlər koronavirusa yoluxdu - Daha 3 məktəbdə əyani dərslər dayandırıldı

img

31-10-2021 [21:00]


Samuxda 3 məktəb distant təhsilə keçib.

Bu barədə Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova bildirib.

N. Həsənova deyib ki, rayonun İnistitut qəsəbəsində fəaliyyət göstərən orta məktəbin 4 şagirdi, 6 müəllimi və 1 texniki işçisində, Qarayeri qəsəbəsində fəaliyyət göstərən orta məktəbdə 4 müəllimdə, Əhmədbəyli kənd tam orta məktəbində direktor və 4 müəllimdə koronavirus infeksiyası aşkar olunub. Bu səbəbdən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin qərarına əsasən, məktəbin 14 gün müddətinə bağlanmasına qərar verilib.

Qeyd edək ki, Samuxda ümumilikdə 35 orta ümumtəhsil, 2 məktəbdən kənar təhsil ocağında 9849 şagird təhsil alır. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 1684 nəfər pedoqoji heyət məşğul olur/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR