Komitə rəsmisi: "Elşad Miri seyidləri İblislə müqayisə edib"

img

28-10-2021 [11:30]


“Dövlət Komitəsi dinşünas Elşad Mirinin "İslamda yoxdur" kitabinin idxalina izacə verməyib. Səbəb isə kitabda Elşad Mirinin seyidləri İblislə müqayisə etməsi olub”.

Mia.az Modern.az-a istinadla xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ilahiyyatçı Elşad Mirinin kitabına qoyulan qadağadan danışarkən bildirib.

“Mən qanun və vicdanim qarşisinda rahatam. Çunki əminəm ki, seyidi və ya başqa bir insanı İblislə müqayisə etmək həm qanun, həm də etik baximdan qəbuledilməzdir. Zatən, bu mövqeyi ölkə məhkəmələri də haqli sayib. Əgər Avropa Məhkəməsi desə ki, yox, Elşad Miri düz edib seyidləri İblislə müqayisə edib, artiq buna deyəcək bir sözüm yoxdur. Uzaq başı Hüseyn Cavidin "İblis"ini tərcümə etdirib onlara göndərə bilərəm”,- G.İsmayılov deyib.

Komitə rəsmisinin sözlərinə görə, bəzən Elşad Mirinin iddialarina ciddi, amma onun səmimi olmadiği vaxtlarda yarizarafat, hətta ironiya və sarkazimla cavab verib:

“Fikirləşmişəm ki, Elşad Miridir də, Elşad Miri belə olur. Cəmiyyətdə Elşad Miri kimisinin də olması lazımdır. Amma dünənki debatdan sonra çox təəcübləndim. Deyirdilər ki, Elşad Miri ərəb dilini bilmir, inanmırdım. Fikirləşirdim ki, onu sevməyənlər bunu deyə bilər. Necə ola bilər ki, ərəbcəni yaxşi bilmədən Elşad Miri Qurani-Kərimi tərcümə edir, hətta Vasim Məmmədəliyevin tərcüməsində səhv tutur? Amma yanılmişam. Elşad Miri dünən özü etiraf etdi ki, ərəbcə danışa bilmir və bunu heç vaxt gizlətməyib. Təsəvvür edin ki, ingilis dilini normal bilmədən Şekspiri tərcümə edirsiz. Dəhşətdir! Çox vaxt qınayırıq ki, bəzi mollalar ərəbcəni bilmir, Quranı necə gəldi oxuyurlar. Ərəbcə yaxşi danışa bilməyən, amma Quranı tərcümə edən dinşünas görəndən sonra mollaya nə deyəsən ki?! Mən demirəm ki, dinşünaslar ərəbcə bülbül kimi cəh-cəh vurmalıdır, yox. Deyirəm ki, məhz Quranı tərcümə edən dinşünaslar həm ərəb dilini, həm də dini mükəmməl bilməlidir.

Allah sizə rəhmət eləsin Vasim müəllim, nə yaxşı ki, Quranı vaxtinda tərcümə etmisiz!”


Digər xəbərlər
SON XƏBƏRLƏR