Kipr klubunun vitse-prezidentinə hücum olub, evinin qarşısında partlayış törədilib

img

27-10-2021 [17:10]


"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kipr "Omoniya"sının vitse-prezidenti Dmitris Qriqoris hücuma məruz qalıb.

Hadisə funksionerin ailəsi ilə birlikdə yaşadğı evin qarşısında baş verib.

Naməlum şəxs klub rəsmisinin evinin girişində benzinlə dolu qabı alışdırıb. Nəticədə güclü partlayış olub və evin hasarına ciddi ziyan dəyib. Qriqoris və ailəsi isə xəsarət almayıb.

Hadisəni törədənin kimliyi, hansı səbəbdən etməsi ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Qarabağ" H qrupundakı ikinci oyununu "Omoniya"ya qarşı keçirib. Nikosiyadakı görüş Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR