İki dozadan sonra 3-cü, 4-cü doza peyvənd... - Ekspert nələr deyir?
27-10-2021 [15:10]
“Azərbaycanda koronavirusa yoluxan şəxs rəsmi qeydiyyata düşərək immunitet sertikatı alandan 6 ay keçdikdən sonra bir doza vaksin vurdurmaqla peyvənd sertifikatını müddətsiz uzada bilər. Həmin sertifikatla da ölkə daxilində pasport tələb olunan məkanlara rahatlıqla daxil olmaq mümkündür”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
Onun sözlərinə görə, bəzən həmin şəxslərin vaksin sertifikatı deyil, müddətsiz immunitet sertifikatı olur: “Bir çox hallarda vətəndaş xaricə getmək istəyəndə ondan iki doza peyvənd sertifikatı tələb olunur. Onun da iki doza peyvənd sertifikatı olmadığına görə (sadəcə buster, yəni qüvvətləndirici doza vurularaq immun sertifikatının müddəti uzadılıb) xaricə gedə bilmir. Çünki ölkə xaricinə çıxış zamanı tələb olunan qaydalara görə həmin şəxslərin mütləq qaydada iki dozalı vaksin sertifikatı olmalıdır. Yəni, xaricə getməyi planlaşdırmayan vətəndaşlarımız immun sertifikatının bitməsindən sonra 1 doza peyvənd vurdurmaqla kifayətlənə bilərlər”.
Həkim-infeksionist onu da xatırladıb ki, hazırda ilkin vaksinasiyanın 6-cı ayında buster və ya revaksinasiya (vətəndaş 28 gün intervalla 2 doza vaksin vurdurubsa və 6-cı ayda yenidən 28 gün intervalla 2 doza vaksin olunursa, bu revaksinasiya adlanır) mümkündür: “COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 6 ay sonra orqanizmin bu virusa qarşı müqaviməti azalır. Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün buster dozanın (3-cü doza) vurulması tövsiyə olunur. Buster dozadan sonra 4-cü doza vətəndaşın sağlamlıq vəziyyəti nəzərə alınaraq həkim məsləhətinə əsasən vurula bilər”.
Qeyd edək ki, avqust ayından etibarən ölkədə buster dozanın vurulmasına başlanılıb. COVID-19 xəstəliyinə yoluxmuş və immunitet sertifikatı əldə etmiş şəxs 6-cı aydan başlayaraq, yəni sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində qüvvətləndirici doza vurdura bilər. Buster dozanı vurdurmaqla vətəndaş immunitet sertifikatının müddətini müddətsiz olaraq uzadır. Yoluxmadan 5 ay sonra vaksinasiya üçün randevu.its.gov.az saytı üzərindən onlayn növbə götürülə bilər. Əgər “buster” dozanı vurdurmaq üçün tələb olunan vaxt yəni ki, 56 gün ötürülərsə, o zaman peyvənd sertifikatı əldə etmək üçün hər iki doza vaksin vurulmalıdır. Belə ki, vətəndaş 1-ci dozadan 28 gün sonra 2-ci doza peyvənd vurduraraq immunitet sertifikatını peyvənd sertifikatı ilə əvəz edə bilər/Report.
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub