"Qəbul imtahanlarında yenilik olacaq" - Məleykə Abbaszadədən yeni dəyişikliklər haqda açıqlama

img

27-10-2021 [12:19]


“II qrup üzrə əvvəlki qəbul imtahanında 13 642 yer təklif edilmişdisə, cəmi 16 min şəxs ərizə vermişdi. 8000 nəfər isə 150 baldan yuxarı nəticə göstərərək müsabiqəyə buraxılmışdı. Biz bilirdik ki, II qrupda kifayət qədər boş yer qala bilər”.

Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə deyib.

DİM sədri xatırladıb ki, keçən il III qrup üzrə 12 853 yer təqdim edilmişdi, sənəd verən 21 min adamdan 16 567 nəfər 150 baldan yuxarı nəticə göstərərək müsabiqəyə qatılmışdı: “Əvvəldən proqnoz etmişdik ki, təxmini 4000 adam qəbul olmayacaq. Subbakalavrlardan cüzi hissə lazımi nəticə əldə edərək qəbul ola bilmişdi”.

M.Ababszadə qeyd edib ki, III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənləri dəyişdirilir: “Yəni “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil edilib. Bu da abituriyentlər üçün əlavə imkan deməkdir. Universitetlərin tələbləri də nəzərə alınaraq, elə şəxslər oxumalıdır ki, coğrafiyadan orta məktəb səviyyəsində biliklərə malik olsunlar.

Müzakirələr aparılır, 2022-2023-cü ildə I qrupda informatika üzrə ixtisasını seçən abituriyentlər həmin qrupda kimyadan yox informatika fənnindən imtahan versinlər. Gələn həftə bu barədə elan olunacaq”.

DİM sədri əlavə edib ki, qəbul imtahanlarının məzmununa işğaldan azad edilən ərazilərin tarixi barədə yeniliklər olacaq..

Onun sözlərinə görə, azad olunan ərazilərin tək işğal tarixi yox, azad olunması tarixləri də imtahan məzmununda əks olunacaq: “Bu sahədə abituriyentlərə kömək üçün yanvar ayına qədər elektron imtahan keçiriləcək. Noyabr ayında yeni blok imtahanları baş tutacaq. Yeni proqramlar müzakirə olunub, dərsliklər üzərində monitorinq aparılıb. Yeni proqram dərc edildikdən sonra bu il epidemioloji vəziyyət imkan verərsə, yanvar ayından sınaq imtahanları keçiriləcək”.

MİA.AZ

.


Digər xəbərlər
SON XƏBƏRLƏR