"Bu cinayətin günahkarları məsuliyyətə cəlb edilməlidir!” - Ceyhun Bayramov

img

27-10-2021 [10:42]


"Bərdədə dinc əhaliyə qarşı hərbi cinayətin günahkarları məsuliyyətə cəlb edilməlidir".

Mia.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov tviter səhifəsində yazıb.

Nazir daha sonra bildirib: “2020-ci il oktyabrın 27-28-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhərində yaşayan dinc əhaliyə qarşı xaincəsinə raket hücumları edilmiş, azərbaycanlı mülki əhali qətlə yetirilmişdir. Faciə qurbanlarını dərin hüznlə yad edirik! Bu cinayətin günahkarları məsuliyyətə cəlb edilməlidir!”.

Xatırladaq ki, ötən ilin bu günü Ermənistan Silahlı Qüvvələri Bərdə şəhərini raket atəşinə tutması nəticəsində mülki şəxslərr – Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 14 nəfər yaralanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR