Azərbaycan və Xorvatiya Birgə Komissiya toplandı: nələr müzakirə edilib? - FOTO
26-10-2021 [17:40]
“Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiya”nın 2-ci iclasında iştirak etmək məqsədilə mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyada səfərdədir.
Mia.az nazirliyə istinadən xəbər verir ki, bu gün iclasdan əvvəl nazir Komissiyanın Xorvatiya tərəfdən həmsədri, iqtisadiyyat və davamlı inkişaf naziri Tomislav Coriclə təkbətək görüşü keçirib, Azərbaycan-Xorvatiya əməkdaşlıq perspektivlərinə dair müzakirələr, Komissiyanın ikinci iclasının gündəliyinə dair fikir mübadiləsi aparıb.
Sonra A.Kərimov və T.Coricin həmsədrliyi ilə Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib. İclasda Xarici İşlər, İqtisadiyyat, Səhiyyə, Mədəniyyət, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Gənclər və İdman nazirlikləri, Azərbaycanın Xorvatiyadakı Səfirliyi, Ələt azad iqtisadi zonası, Dövlət Neft Şirkəti, Qida Təhlükəsizliyi və Dövlət Turizm Agentlikləri, Azərbaycan Milli Elmlər Akademiyasının rəsmiləri iştirak edib.
Hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda Azərbaycan və Xorvatiya dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində iki ölkə arasındakı münasibətlərdə bütün sahələr üzrə müşahidə olunan inkişaf dinamikasından bəhs edilib.
A.Kərimov Azərbaycan və Xorvatiya arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edib. İki ölkə arasında siyasi dialoqun davamlılığı, ali və yüksək səviyyəli qarşılıqlı səfər və görüşlərin təşkilinin əhəmiyyətini vurğulayan nazir bu müsbət tendensiyanın davam etdirilməsinin vacib olduğunu ifadə edib, ikitərəfli münasibətlərin inkişafı və dərinləşdirilməsi üçün yüksək potensialın olduğunu vurğulayıb.
Mədəniyyət naziri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfəri diqqətə çatdırıb. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad etdiyini, işğalçı Ermənistan tərəfindən dağıdılmış ərazilərin bərpası və yenidən qurulması prosesinin aparıldığını qeyd edib. İşğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma prosesi çərçivəsində Xorvatiyanın minatəmizləmə sahəsində ölkəmizə göstərdiyi dəstəyi vurğulayan nazir Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə və işbirliyinə görə qarşı tərəfə minnətdarlığını ifadə edib, növbəti mərhələlərdə enerji və İT sahəsində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyini bildirib.
İclasda dövlətimizin BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə təsis etdiyi “Mədəniyyət naminə sülh” (Peace4Culture) kampaniyası barədə məlumat verilib. Qlobal kampaniyanın əsas məqsədinin müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasına orada sülhün yaradılması vasitəsilə nail oluna biləcəyinin, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığının, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərdə sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyini dünyaya çatdırılması, həmçinin planetin heç bir yerində, heç bir mədəniyyətə qarşı vandalizmin təkrarlanmaması üçün çağırış edilməsi olduğu vurğulanıb.
İclasda iki ölkə arasında münasibətlərin inkişafı perspektivləri, həyata keçirilən birgə layihələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi və əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Sonda iclasın yekunlarına dair Protokol imzalanıb. Sənədi A.Kərimov və T.Coric imzalayıblar. Sənəddə iqtisadi, sənaye, enerji, nəqliyyat, İKT, elm və təhsil, mədəniyyət, turizm, gənclər və idman, səhiyyə, kənd təsərrüfatı, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlıq prioritetləri əksini tapıb.
İclasdan sonra media nümayəndələri üçün brifinq keçirilib, iclasda aparılan müzakirələrin, imzalanan sənədin gələcək əməkdaşlıq, birgə fəaliyyətlər üçün istiqamətlərin daha da genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb, media nümayəndələrinin sorğuları cavablandırılıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb