"Azərbaycan” Nəşriyyatında yeni kadr təyinatları olub

img

26-10-2021 [14:33]


"Azərbaycan” Nəşriyyatına yeni kadr təyinatları olub.

Bununla bağlı nəşriyyatın baş direktoru Leyla Güləliyeva əmr imzalayıb.

Əmrə əsasən, Rövşən Şıxlı "Azərbaycan” Nəşriyyatının baş direktorunun müşaviri təyin edilib. O, indiyədək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı və nazirliyin sayt redaktoru işləyib.

Digər əmrlə, Anar Mustafayev nəşriyyatın baş direktorunun müavini vəzifəsinə gətirilib. O, bundan öncə "Azərmarka” MMC-nin Redaksiya və Filateliya şöbəsinin müdiri olub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA