Ehtiyatda olan bu şəxslər hərbi təlimə çağırılır - MN və Dövlət Xidmətindən açıqlama

img

25-10-2021 [09:21]


Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin toplanışı başlayıb.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 45-ci maddəsinə uyğun olaraq, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.

Hazırda Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir",

***

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək.

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ehtiyatda olan bir qrup hərbi vəzifəlinin cəlb olunacağı təlim toplanışında əsas məqsəd onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.

Təlimdə hərbi vəzifəlilər əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə edəcəklər.

Təlim toplanışı noyabrın 6-dək davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR