Biləsuvarda çayxanada mübahisə: evə dönən 4 nəfər bıçaqlandı

img

23-10-2021 [21:40]


Biləsuvar rayonunda yerli sakinin dörd tanışını bıçaqlamasının bəzi təfərrüatları məlum olub.

Hadisə ötən gün axşam rayonun Amankənd kəndində baş verib.

Belə ki, kənd ərazisində yerləşən çayxanada həmkəndlilər İsa Abbasov, Tural Yəhyalı, Sənan Yəhyayev və Ərəstun Şahmarovun Qoşqar Orucovla mübahisələri düşüb. Daha sonra Q. Orucov çayxanadan uzaqlaşıb.

Yaralıların sözlərinə görə, onlar evə gedən zaman yolda Q.Orucov qəfildən onlara bıçaqla hücum edib və onları bıçaqlayıb.

Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara lazımi tibbi yardım göstərilib.

Bıçaqlanan şəxslərdən Ə.Şahmarova ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Digər 3 nəfərin xəsarəti ağır olduğu üçün xəstəxanada onların müalicəsi davam edir.

Faktla bağlı araşdırmalar davam etdirilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR