İqtisadçıdan etiraz: "Xırdalanda problemə məsul olan qurumu tapa bilmirəm"

img

22-10-2021 [17:37]


"10 ildən artıdqdır yaşadığım Xırdalandakı fəlakətli şəhərsalma barədə bir neçə dəfə yazmışam. Evimizdən 20 Yanvara qədər təxminən 10 km məsafəni səhər vaxtları 45-50 dəqiqəyə gedib çıxırıq. Yəni hər saata düşən hərəkət sürəti maksimum 15".

Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev Feysbuk-dakı səhifəsində yazıb.

O bildirib ki, 10-20 mln. nəfərin məskunlaşdığı meqapolislərdə bu göstərici bizdən daha yaxşıdır:

"Hər gün evimizdən dərsə gedən tələbləri halına acımaqdan savayı nəsə bacarmıram.

Yuxarıda qeyd elədiyim vaxtın yarısından çoxu uzunluğu cəmi 4-5 km olan Xırdalanın daxilində itir. Qeyri-rəsmi məlumata görə 250 min nəfərdən artıq əhalinin məskunlaşdığı bu bapbalaca ərazidə tikinti bütün sürətilə davam edir, amma tələbata uyğun yollar üçün ərazi saxlamaq heç kimin yadına düşmür. Yəqin peşəkar monitorinq aparılsa, məlum olacaq ki, hər hektara düşən əhali sayı normadan bəlkə də 3-5 dəfə çoxdur.

Yollar dardır, hətta ən böyük prospektnin eni belə normal (ətrafında normal genişlikdə piyada səkisi olan) 4 zolaqlı yol çəkməyə imkan vermir".

İqtisadçı yazır ki, bu qədər dar yollarda isə tıxacı artıran başqa bir nəzarətsizlikdən və tənzimlənməmədən doğan problem var: "İstisnasız olaraq bütün dayanacaqlarda taksilər avtobusların yerini zəbt edir. Təbii ki, avtobuslarda dayanacaqda öz halal yerlərində dayana bilməyəndə yolun hərəkət zolağında dayanmağa, bütün gediş-gəlişi durdurmağa səbəb olur. Bakıda pis-yaxşı Nəqliyyat Agentliyi bunu tənzimləyir, Xırdalanda həmin problemə məsul olan qurumu tapa bilmirəm.

Yaxud bir də görürsən ki, 16 mərtəbə bina ucaldılıb, aşağıdan 2 mərtəbədə əlavə tikinti aparmaqla ticarət obyektinə çeviriblər. Hətta insanların hərəkət etdiyi səkilər belə həmin obyektlərin altında qalır. Sonra nə baş verir? Təbii ki, ticarət obyektinə gəliş-gediş çox olduğu üçün həmin ərazidə parkovkanın yaratdığı fəlakətli tıxac başlayır.

Hələ bu harasıdır, bizim küçəyə gələn əsas küçənin bir tərəfində səkini sıra ilə düzülmüş maşın təmiri sexləri, o biri tərəfində isə arda-arda tikilən ticarət obyektləri zəbt edib.

Bir dəfə bunu yazmışdım - dünyanın qabaqcıl universitetləri "ən pis şəhərsalma keysi" kimi tələbələrə əyani vəsait nümaiyiş etdirmək istəsə, Xırdalandan hazırlanmış sənədli filmin alternativi yəqin ki, olmaz".


Digər xəbərlər
SON XƏBƏRLƏR