Sabiq icra başçısı 8 il 6 ay müddətinə azadlıqdan məhrum olundu - Məhkəmə prosesi

img

22-10-2021 [17:18]


Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı keçmiş icra başçısının 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə  isə C.Cəfərovu təqsirli bilərək ona 8 il 6 ay həbs cəzası verib. O, həmçinin, 2 il 6 ay  müddətinə dövlət və yerli idarəetmə orqanlarında vəzifə tuta bilməz.

Həmin cinayət işi üzrə təqsirləndirilən başqa şəxslərə isə müxtəlif müddətlərdə cəzalar verilib.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı C.Cəfərov ötən il Baş prokurorluğun əməkdaşları tərəfindən həbs edilmişdi və vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma (o cümlədən mütəşəkkil qrup şəklində, dəfələrlə və xüsusilə iri məbləğlərdə) maddələri ilə ittiham olunurdu. O, ittihamları qəbul etmirdi.

C.Cəfərov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı (2014-2020) olmazdan əvvəl də 3 il Tərtər rayonunda eyni vəzifəni tutub. (“Azadlıq” radiosu)


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR