Azərbaycanla BMT arasında bağlanmış sazişin müddəti uzadılır

img

22-10-2021 [11:30]


“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında" sazişin qüvvədəolma müddəti uzadılır.

Məlumata görə, 2015-ci il mayın 25-də imzalanmış sazişin qüvvədəolma müddəti tərəflərin saziş üzrə öhdəliklərinin yerinə yetirilməsinin davam etdirilməsi və başa çatdırılması məqsədilə 2021-ci il dekabrın 31-dək uzadılır.

Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair protokol Milli Məclisdə müzakirəyə çıxarılacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR